reklam
Kənan Xəlilov fəxri kürsünün ən yüksək pilləsinə qalxdı
Sportfm.az xəbər saytı

Kənan Xəlilov fəxri kürsünün ən yüksək pilləsinə qalxdı


Şüvəlandakı Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü başa çatıb.

Sportfm.az xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

Yarışda yaşı 20-dək olan atletlər 69 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar. Toplam 260 kiloqram (125+135) nəticə göstərən Kənan Xəlilov yarışda qızıl medal qazanıb. İkinci yeri 235 kiloqram (105+130) nəticə ilə Nurlan Rəsulov, üçüncü yeri isə 214 kiloqram (97+117) nəticə ilə Sahibov Həsənağa tutub.

Yaşı 23-dək gənclər arasında mütləq qaliblər isə sentyabrın 14-də bütün çəkilərdə mübarizə yekunlaşdıqdan sonra məlum olacaq.

Oxşar xəbərlər

Tehran Məmmədov Azərbaycan çempionu oldu
Azərbaycan çempionatının qalibləri məlum oldu
Azərbaycan çempionatında qaliblər məlum oldu
Yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı
Azərbaycan birinciliyində qaliblər müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər