Zidan baş məşqçi vəzifəsinə qayıdacağını açıqladı
İspaniyanın "Real Madrid" klubunun sabiq baş məşqçisi Zinəddin Zidan uzun müddət işsiz qalmayacaq.
Sportfm.az xəbər verir ki, fransalı mütəxəssis TVE-yə açıqlamasında tezliklə sevimli işinə qayıdacağını bildirib. "Əlbəttə, tezliklə məşqçi kimi futbola dönəcəyəm. Bu işi sevirəm və futbol mənim həyatımda önəmli yer tutur. Həyatım boyunca bu işlə məşğul olacağam".
Daha əvvəl Zidanın İngiltərə "Mançester Yunayted"in baş məşqçi postuna əsas namizəd olduğuna dair xəbərlər yayılıb. Təyinatı gerçəkləşəcəyi təqdirdə, o, "Real Madrid"dən Toni Kroosu, Almaniya "Bavariya"sından Tiaqo Alkantara və Xames Rodrigesi, Fransa PSJ-sindən isə Edinson Kavanini komandasında görmək istəyir. Habelə ötənlərin məşhur futbolçusunun 2019-cu ildə İtaliya "Yuventus"unda Massimiliano Alleqrini əvəzləyəcəyi bildirilir.
Qeyd edək ki, Zinəddin Zidan 2016-cı ildən rəhbərlik etdiyi "Real Madrid"in baş məşqçi postundan 3 ay öncə istefa verib.
Oxşar xəbərlər
Zidan "Real Madrid"dən getdi - RƏSMİ
Fərid dünyasını dəyişdi, Zidan "Real Madrid"i tərk etdi - FOTO
“Zidan bir gün Fransa millisinə rəhbərlik edəcək”
Bekhemdən Zidana iş təklifi
Zidan "Real"dan getdi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası