reklam
Futzal üzrə Yüksək Liqanın püşkü atıldı -
Sportfm.az xəbər saytı

Futzal üzrə Yüksək Liqanın püşkü atıldı -Çempion "Yasamal"la qarşılaşacaq


Bu gün Bakı idman Sarayında futzal üzrə Yüksək, Birinci və İkinci  liqaların 2018/2019-cu il mövsümünün püşkü atılıb.

Sportfm.az xəbər verir ki, püşkdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti  Rəmiş Malıyev struktur və vəzifə dəyişiklikləri, eləcə də federasiyanın rəsmi saytının istifadəyə verilməsi, AFFA tərəfində Yarışların Təşkili və Keçirilməsi şöbəsinin kuratoru təyin edilmiş Zaur Hacı-Məhərrəmov isə əsasnamə, eləcə də tətbiq ediləcək yeniliklər barədə  məlumat verib. Daha sonra hər 3 liqanın yeni mövsümünün püşkü atılıb.

Qeyd edək ki, Yüksək Liqada 7 klub mübarizə aparacaq. Oyunlar dairəvi sistemlə keçiriləcək və dörd dövrədən ibarət olacaq. Yekunda ilk 4 (1*4, 2*3) yeri tutmuş komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. İki oyundan ibarət yarımfinal matçlarının qalibləri çempionu, məğlubları isə bürünc medalın sahibini müəyyənləşdirəcək oyunda iştirak edəcək. EKOL birinci turda istirahət edəcək. Birinci Liqada 16, İkinci Liqada 20 komanda qalib adı uğrunda yarışacaq. Hər iki liqada oyunlar iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək.

Yüksək Liqa, I tur

12 sentyabr

Saat 12:30 Xəzər Cənub – Neftçi İK

Saat 14:30 Yasamal FK - Araz

Saat 16:30 Yasamal İSK - Liman 

Birinci Liqa I tur

14-15 sentyabr

Sovetski FK - Şərq

Metropoliten - Baku Fire

Yasamal Fk B - Absheron FK

Çinar Cəbrayıl - U-19

Green Log - Fizuli FK

Standard - Zəngilan

AZMİU – ADBTİA

Ulduz - Baku Fans 

İkinci Liqa I tur

16 sentyabr

Baku Fire-2 - Borçalı FK

Gilan Construction – Hicran

Xəzər – STAR kargo

Təbriz – Obolon

Bibi - Heybət - Rəvan FK

Baker Tilly – Hövsan

Avanqard FK - Baker Hughes

Dalğa - Atletiko Baku

Bədr FK Xocalı – Advokat

Gənclik İK - SAB

Qeyd: Birinci və İkinci liqalarda oyunların başlama saatı barədə əlavə məlumat veriləcək. Hər 3 liqada I turun oyunları Bakı İdman Sarayında keçiriləcək.

Oxşar xəbərlər

Final mərhələsinin püşkü atıldı - FOTO
Oyun cədvəlində dəyişiklik edildi
Azərbaycan kubokunun püşkü atıldı - FOTOLAR
Ölkə kubokunun püşkü atılacaq - 36 komanda mübarizəyə qoşulur
"Xəzər Cənub", "Zəngilan" və "Borçalı"nın ilk turdakı rəqibləri məlum olacaq - Püşkatmadan sonra

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər