reklam
Daha bir ağırlıqqaldıranımıza lisenziya verildi
Sportfm.az xəbər saytı

Daha bir ağırlıqqaldıranımıza lisenziya verildi


Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Olimpiya Oyunlarında iştirak üçün Azərbaycanın daha bir ağırlıqqaldıranına lisenziya verilib. 

Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasından (IWF) daxil olan məktubda bildirilir. Lisenziya bir qız idmançı üçün nəzərdə tutulub.

Məktubda qeyd olunur ki, bu Oyunların təsnifat mərhələsi sisteminə əsasən boş yerlərə yenidən idmançı təyin edilməsi proseduru həyata keçirilib. Bunun nəticəsində Azərbaycana əlavə bir lisenziya verilməsinə dair qərar qəbul edilib.

Bu, Azərbaycanın ağırlıqqaldırma növündə əldə etdiyi ikinci lisenziyadır. İlk lisenziyanı 2017-ci ilin aprelində Tailandın paytaxtı Banqkokda keçirilmiş yeniyetmələr arasında dünya çempionatında Azərbaycanın oğlanlardan ibarət yığma komandası ümumi sıralamada 9-cü yeri tutaraq, əldə edib. Beləliklə, olimpiadaya 2 ağırlıqqaldıran yollanacaq. Onların adları hələlik məlum deyil.  

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6-18 oktyabrda keçiriləcək.  

Oxşar xəbərlər

Azərbaycanlı atlet Argentinaya yollanacaq
Daha bir idmançımız Argentinaya yollanacaq
İki idmançımız olimpiadaya vəsiqə qazandı - Rəsmi
Tennisçilərimiz gənclərin Olimpiya Oyunlarında iştirak edəcəklər
Olimpiya Oyunlarına ilk lisenziya ağır atletika yığmamızdan gəldi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər