Daha bir idmançımız Argentinaya yollanacaq
Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Sportfm.az xəbər verir ki, qızıl medal qazanan Turan Bayramov həm də oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Bayramov finalda rusiyalı Maqomed Abdulkadirova 9:0 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.
Fuad Mayılov (80 kq) və İslam Abuyev (110 kq) gümüş, Əlihəsən Əmirli (48 kq) bürünc medala sahib olub.
Daha əvvəl qadın güləşçi Şahanə Nəzərova (43 kq) da olimpiadaya lisenziya qazanıb. O, Avropa çempionatında finala yüksəlib.
Oxşar xəbərlər
Olimpiadada güləşçilərimizin rəqibləri bu gün məlum olacaq
Azərbaycanlı atlet Argentinaya yollanacaq
Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı
Yeniyetmə qızlardan Olimpiadaya 1 lisenziya
Azərbaycan güləşi üçün 2017-ci ilin yekunu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası