Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı atlet Argentinaya yollanacaq
Azərbaycan atleti Rüstəm Məmmədov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Sportfm.az xəbər verir ki, Məmmədov buna Macarıstanın Györ şəhərində keçirilən Avropa çempionatında nail olub. O, üç təkanla tullanma növündə 15,16 m nəticə göstərərək, çempionatın bürünc medalına layiq görülüb. Bu nəticə azərbaycanlı atletin ən yaxşı şəxsi nəticəsi olmaqla yanaşı, ona olimpiadaya vəsiqə qazandırıb. Mükafatlandırma mərasimi iyulun 11-də Bakı vaxtı ilə saat 19:50-da olacaq.
Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6 - 18 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq.
Oxşar xəbərlər
Gənc idmançımız Olimpiya Oyunlarının gümüş medalını qazandı
Daha bir ağırlıqqaldıranımıza lisenziya verildi
Azərbaycanlı ağır atlet Avropa çempionu oldu - FOTO
Daha bir idmançımız Argentinaya yollanacaq
İki idmançımız olimpiadaya vəsiqə qazandı - Rəsmi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası