
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Qalatasaray" Podolskini itirdi
Türkiyənin "Qalatasaray” klubu 2016/17 mövsümünün startı öncəsi ciddi itki ilə üzləşib. Sportfm.az xəbər verir ki, "sarı-qırmızılar"ın aparıcı futbolçusu Lukas Podolski bir müddətlik sıradan çıxıb. Belə ki, Türkiyə superkuboku uğrunda "Beşiktaş”la qarşılaşmada zədə alan futbolçu bu gün tibbi müayinədən keçib. MRT müayinəsinin nəticəsinə görə, 31 yaşlı futbolçunun sol ayağının yan bağlarında zədə aşkarlanıb. Klubun rəsmi "twitter" hesabı vasitəsiylə verilən açıqlamada futbolçunun 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, Türkiyədə 2016/17 mövsümü həftəsonu start götürəcək. "Qalatasaray” ilk turda doğma meydanında "Karabükspor” klubunu qəbul edəcək.
Oxşar xəbərlər
"Qalatasaray"da ciddi itki - Müdafiəçilər sıradan çıxdı
Məşq prosesində futbolçunun ayağı qırıldı
“Liverpul”da itki: mövsümü başa vurdu
"Qalatasaray"da ciddi itki
İspaniya ilə matç öncəsi Türkiyə millisində iki ciddi itki
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"Mingəçevir" 4-cü qələbəsini qazandı