reklam
Qurban bayramı münasibətilə veloyürüş keçirildi -
Sportfm.az xəbər saytı

Qurban bayramı münasibətilə veloyürüş keçirildi -FOTO


Həvəskar velosipedçilərdən ibarət “VS GROUP” klubunun təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Qurban bayramı münasibətilə veloyürüş təşkil edilib.

Sportfm.az xəbər verir ki, yürüşdə qrupun yaşı 15-dən 60-dək olan 30-a yaxın üzvü iştirak edib.

Yürüşə azərbaycanlı həvəskar velosipedçilərlə yanaşı, İngiltərə, Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Bolqarıstan, Sloveniya, Serbiya, Ukrayna və Tacikistandan olan paytaxtımızın qonaqları, həmçinin Azərbaycanın şose velosipedi üzrə yığma komandasının üzvləri qoşulub. Buzovna-Şüvəlan marşrutu üzrə 17,5 kilometrlik marşrutu qət edən velosipedçilər yürüşü “Dalğa Arena”da başa çatdırıblar.

 

Oxşar xəbərlər

Salyanda veloyürüş təşkil olundu - FOTO
“Gücümüz həmrəyliyimizdir” - Bakıda veloyürüş keçirildi - FOTO
Velosiped idmanında gender bərabərliyi
Dövlət Bayrağı Gününə həsr olunan veloyürüş keçirildi
Biləsuvar rayonunda veloyürüş keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər