Şahmatçılar arasında respublika birinciliyinə start verildi -FOTO
Bakıda kadetlər (8, 10, 12 yaşlı oğlanlar və qızlar) və gənclər (14, 16 və 18 yaşlı oğlanlar və qızlar) arasında Azərbaycan birinciliyi keçirilir.
Sportfm.az xəbər verir ki, yarışlarda Bakı, Göyçay, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Mingəçevir, Ucar, İsmayıllı, Samux, Füzuli və Qubadan 200-dən çox şahmatçı mübarizəyə qoşulub.
Dördüncü turdan sonra 12 yaşadək oğlanların yarışında ustalığa namizəd Ziya Məmmədov və Cahandar Azadəliyev, qızlar arasında isə Lalə Hüseynova 100 faizli nəticə göstəriblər.
On yaşadək oğlanların turnirində ustalığa namizəd Fərid Orucov, qızlar arasında isə Nərmin Abdinova və Nurtan Nuriyeva liderlik edirlər. 12 yaşadək oğlanlar arasında daha yaxşı nəticəni Şiroğlan Talıbov, qızlar arasında isə Kamilla Ələsgərova və Aysel Cəfərova göstərib. Onların hər birinin 3 xalı var.
On dörd yaşadək oğlan və qızların liderlər qrupuna Fərid Mustafayev, ustalığa namizədlər Vüqar Manafov və Ayan Allahverdiyeva, 16 yaşadək şahmatçıların liderlər qrupuna isə FIDE ustası Murad İbrahimli, Ləman Hacıyeva və ustalığa namizəd Sevil Tahirova daxildir.
On səkkiz yaşadək şahmatçılar arasında beynəlxalq usta Məhəmməd Muradlı, FIDE ustaları Əhməd Əhmədzadə, Aynur Kətanova, həmçinin Şəhriyar İskəndərov və Babək Cəfərli liderdirlər.
Oxşar xəbərlər
Gənc şahmatçılarımızdan böyük uğur - Avropa çempionu oldular
Onlayn respublika birinciliyinin qalibləri müəyyənləşdi
Yunanıstanda dünya birinciliyi start götürdü
Şahmatçılarımız Avropa birinciliyində mübarizə aparacaqlar
Gənc şahmatçılarımız Avropa çempionatında 5 medal qazandılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamızın açıq məşqi və brifinqi olacaq - Toplanış
-
"Turan Tovuz"un futbolçusu DÇ-2026 üçün yekun heyətdə
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Borussiya” Türkiyə millisinin üzvünü göndərdi
-
2-ci liqa uğrunda pley-off görüşü Yevlaxda olacaq - Müəyyənləşdi
-
Mərakeş millisinin DÇ-2026 üçün yekun heyəti - SİYAHI















Misli Premyer Liqası