reklam
Rəşad Sadiqov: “Maribor”la dueldə şanslar bərabərdi”
Sportfm.az xəbər saytı

Rəşad Sadiqov: “Maribor”la dueldə şanslar bərabərdi”


"Qəbələ”nin baş məşqçi və futbolçuları jurnalistlər və azarkeşlərlə görüşüb. Apasport.az saytının məlumatına görə, tədbirdən sonra "qırmızı-qaralar”ın kapitanı Rəşad Sadiqov media nümayəndələrinin suallarını cavablandırıb.
 
- Bugünkü tədbir barədə nə deyərdiniz?
- Çox xoş idi, yaxşı tədbir oldu. Bütün klublara belə tədbir keçirməyi arzulayıram. Hər birinin formaları satışa çıxarılsın. Bu sevindirici haldı. Özüm də sevinirəm ki, burada iştirak etdim.
 
- Komanda yoldaşların Teo Uiks və Baqali Dabo azarkeşlərlə "Playstation” oynadı. Bəs siz oynamamısız? Bu oyundakı Sadiqovla real Sadiqovu müqayisə edə bilərsiz? Hansı güclüdü?
- Hələ özümü sınamamışam. Komanda yoldaşlarım oynayır. Uduzsalar, kapitanları köməyə gələcək. Azarkeşlər 5:4 hesabı ilə qalib gəldi. Real həyatdakı Sadiqov daha güclüdü.
 
- Qarşıda Avropa Liqasının pley-off mərhələsinin "Maribor”la ilk qarşılaşması gəlir. Zədə üzündən bu görüşü buraxacaqsınız...
-"Maribor”la oyunda komandaya kömək edə bilməyəcəyimə çox pis oldum. Mən də, məşqçilər də, futbolçular da istəyirdi ki, bu görüşdə çıxış edim. Amma zədənin müayinənin nəticələri göstərdi ki, ilk görüşdə meydana çıxa bilməyəcəm. Çox üzüldüm. Buna baxmayaraq, şükürlər olsun ki, cəmi 1-2 oyun buraxacam. Amma səfərdəki cavab matçında komandama kömək edə biləcəyəm. Əlimdən gələni edəcəm ki, Sloveniyadakı matça hazır olum.
 
- 4 il əvvəl "Neftçi” də oynadığın vaxt səfərdə APOEL-i udub, qrupa düşdünüz. Yenə rəqib meydanındakı matç həlledici ola bilər...
- Çalışacağıq ki, səfərdə də qələbə qazanaq. Özüm qol vurmasam da, komanda yoldaşlarımdan biri fərqlənsin və mərhələ keçək. Qrupa düşmək istəyirik. Bu il daha iddialıyıq. Həm çempionata, həm Avropa Liqasına yaxşı başlamışıq. Biz də qrupda oynamağa iddia edirik. Lazım gəlsə, iynə ilə də olsa meydana çıxacam ki, komandamız qrupa düşsün.
 
- Mövsümün əvvəlində 4 mərhələ keçəcəyinizi gözləyirdiniz?
- Bu mövsümkü komanda ötənilkindən daha güclüdü. Rəqiblərdən də çox şey asılıdı. "Lill” kimi rəqibi də keçdik. Bu il də keçən ilki nailiyyətimizi təkrarlamaq istəyirik.
 
- Qrup mərhələsində ən çox oynayan azərbaycanlı futbolçu ola bilərsiniz. Bu, sizə nə dərəcədə maraqlıdı?
- 3-cü dəfə qrupda oynamaq istəyirəm. Bunu çox arzulayıram.
 
- Rəqibi təhlil etmisizmi?
- Hələlik rəqibi izləməmişik. Çünki çempionat oyunları var idi. Bundan sonra rəqibin oyunlarına baxacağıq. Amma sloveniyalılar haqda məlumatımız var. Diqqətimi o çəkir ki, əsasən yerli futbolçular. Ölkə çempionu olublar, qrupda oynayıblar, güclü komandadı. Amma biz də iddialıyıq. Şanslar bərabərdi. Kim daha aqressiv oynasa, o da mərhələ keçəcək.

Oxşar xəbərlər

“Hər il belə dəyər veriləndə daha da həvəslənirəm” – Qurban Qurbanov
Qurban Qurbanov: "Bunu düşünmək durumunda deyilik"
Roman Qriqorçuk: "Lakin bu haqda danışmağa hazır deyiləm"
Roman Qriqorçuk: "Cavab qarşılaşmasında daha yaxşı oynamalıyıq"
"GoSport"da "Qəbələ" günü - FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər