AFFA dünya şöhrətli şirkəti Azərbaycan futboluna gətirir –3 yeni sponsor!
AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev martda maraqlı bir məlumatla gündəmə gəlmişdi.
O bildirmişdi ki, federasiya UEFA Millətlər Liqasının startınadək yeni sponsorlar cəlb etməyə çalışacaq.
Sportfm.az xəbər verir ki, Piriyev vurğulamışdı ki, hazırda yerli və xarici şirkətlərlə danışıqlar son mərhələdədi. Potensial sponsorlar arasında bank sektorundan, gündəlik istehlak məhsulları sektorundan və Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq şirkətlərdən olanlar var:
“UEFA Mİllətlər Liqası azarkeşlər və kütləvi informasiya vasitələri üçün o qədər də maraqlı olmayan yoldaşlıq oyunlarını əvəz etdiyi üçün marketinq baxımından maraqlı məhsuldu. Daha rəqabətli oyunlara marağın çox olmasını nəzərə alaraq, Millətlər Liqasının hesabına sponsorların cəlb olunmasına çalışırıq”.
T.Piriyev 2017-ci ildə AFFA-nın gəlirlərinin artmasını xarici mənbələrdən daxil olan vəsaitlərin çoxalması ilə əlaqələndirmişdi:
“AVRO-2016 və 2018-ci ildə dünya çempionatının seçmə mərhələləri üçün media və kommersiya hüquqları UEFA tərəfindən yerli milli assosiasiyalarla razılaşma əsasında mərkəzləşdirilmiş qaydada satılırdı.
AFFA-nın bu hüquqları 100 % həcmində UEFA-ya təqdim etməsi yayım və marketinq hüquqlarından daxil olan gəlirləri artırıb. Bununla yanaşı, FİFA və UEFA-nın müxtəlif proqramları çərçivəsində əldə etdiyimiz vəsaitlərin həcmini artıra bilmişik.
Ümumilikdə xaricdən daxil olan vəsait büdcəmizin 54.1 %-ni təşkil edib. Əvvəlki illərlə müqayisədə, maliyyə vəsaitinin bir deyil, müxtəlif mənbələrdən daxil olması təmin olunur”.
2017-ci ildə AFFA-nın büdcəsi 27 milyon 608 min 305 manat təşkil edib. Bu isə 2015-ci illə müqayisədə 5 milyon 482 min 061 manat çoxdu. Şöbə müdiri AFFA prezidenti Rövnəq Abdullayevin "sponsorlarımızın sayı artır" açıqlamasına da aydınlıq gətirmişdi:
“2017-ci ilin hesabatından da göründüyü kimi, xarici ödənişlərimizin sayı artıb. FİFA, UEFA və digər mənbələrdən büdcəmizə ötən illərlə müqayisədə daha çox vəsait daxil olub.
Bununla yanaşı, obyektiv və subyektiv səbəblərə görə sponsorluğa olan marağın müəyyən qədər azalmasına baxmayaraq, “PAŞA Sığorta”, “Coca-Cola” və “Hyundai”ın ölkəmizdə rəsmi təmsilçisi “Auto Azərbaycan” şirkəti ilə sponsorluq müqavilələrimizi uzatmışıq”.
Piriyevin martda verdiyi bəyanatdan 6 aya yaxın vaxt keçib. Gələn ayın əvvəli isə UEFA Millətlər Liqası start götürəcək. AFFA sponsorlarla danışıqlarda yeni nəyə nail olub?
Tural bəy suala belə cavab verib: «Ötən müddət ərzində daim axtarışda olmuşuq. UEFA Millətlər Liqası ilə əlaqədar 2 sponsorla danışıqlarımız uğurla başa çatıb.
Uşaq futboluyla bağlı daha bir sponsorla da ümumi razılığa gəlmişik. Mən indi ad açıqlamayacam. Yaxın vaxtlarda rəsmi müqavilə bağlananda bu barədə ətraflı məlumatınız olacaq.
Onlardan biri dünya miqyasında tanınan şirkətdi. Futbol sferasıyla yaxın əlaqələri var, uzun illərdi bu istiqamətdə müxtəlif böyük layihələr həyata keçiriblər təcrübələri çoxdu.
Bilirsiz, futbola sponsor cəlb etmək asan məsələ deyil. Danışıqlar apardığımız içərisində həm yerli, həm də xarici şirkətlər yer alır. Bu səbəbdən ötən müddətdə dəfələrlə ölkə xaricində səfərdə olmuşuq. Əlbəttə, yeni tərəfdaşlarımızın sayəsində AFFA-nın büdcəsi artacaq.
AFFA da öz növbəsində əldə etdiyi maliyyəni lazım olan sahələrin inkişafına ayıracaq. Biz çalışırıq ki, AFFA-ya kənardan daxil olan vəsaitin həcmi ildən-ilə artsın və get-gedə buna nail oluruq.
Bu, UEFA və FİFA ilə əməkdaşlıq və yeni sponsor anlaşmalarının hesabınadı. Əlavə sponsorların cəlb olunması prosesi nəticəsində ötən il SOCAR-dan ayrılan məbləğ AFFA-nın büdcəsinin yalnız 47 faizini təşkil edib».(sportinfo.az)
Oxşar xəbərlər
AFFA 26 milyon manat xərcləyib - Nəyə?
AFFA-nın 2021-ci il üçün gəlirləri və xərcləri - AÇIQLANDI
AFFA-nın gəlirləri açıqlandı - 5 milyon
AFFA yeni sponsorlar cəlb etməyə çalışacaq
AFFA 2017-ci il üzrə gəlir və xərclərini açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası