

Əliyar Ağayevdən 8 vərəqə
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev ötən gecə Avropa Liqasının qrup mərhələsində “Şturm” (Qrats, Avstriya) – “Midtülland” (Danimarka) matçını (1:0) idarə edib.
Sportfm.az xəbər verir ki, gərgin keçən qarşılaşmada Ağayev ümumilikdə 7 sarı, 1 qırmızı vərəqə göstərməli olub. Əliyar "Şturm"un 6 futbolçusuna sarı vərəqə göstərib və komandanın 1 oyunçusunu meydandan qovub. "Middülland"ın isə 1 futbolçusu sarı vərəqə ilə cəzalandırlıb.
Əliyar Ağayev görüşün 42-ci dəqiqəsində "Midtülland"ın qapısına penalti təyin edib. Lakin qapıçı Conas Losst Tomi Horvartın zərbəsini dəf edib.
Qeyd edək ki, Əliyar Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib.
Oxşar xəbərlər
Əliyar Ağayev 6 sarı vərəqə göstərdi - Konfrans Liqası matçı
Əliyar Ağayevdən 4 sarı vərəqə Avropa Liqası
Əliyar Ağayev Avropa Liqasının oyununda
Əliyar Ağayevdən 5 “sarı” - Millətlər Liqası matçı
Əliyar Ağayevdan vərəqə payladı - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuz klubunda addəyişmə işlərinə başlandı, açılış olacaq - EKSKLÜZİV, FOTO
-
"Şamaxı" "Sumqayıt"a, “Sabah” “Turan Tovuz”a qarşı - Misli Premyer Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Karateçi nazirimiz - FOTOLAR
-
Bu dəfə ona Qırğızıstanın yolu göründü - FOTO
-
Kökçünün komandası kubokda qalib gəldi