reklam
“Neftçi” hazırlığı bərpa etdi
Sportfm.az xəbər saytı

“Neftçi” hazırlığı bərpa etdi


“Neftçi” Topaz Premyer Liqasının ilk turunda qarşılaşacağı "Sumqayıt”la oyuna hazırlığını davam etdirir.

Sportfm.az xəbər verir ki, əvəzedicilərlə sınaq matçından (4:1) sonra bir günlük fasiləyə buraxılan əsas komanda bu gün hazırlığı bərpa edib. Klubun bazasında baş tutan axşam məşqində zədəli Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Namiq Ələsgərov isə fərdi məşğul olub.

Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, avqustun 11-də "Dalğa Arena”da keçirəcək "Sumqayıt” – "Neftçi” oyunu saat 20:00-da başlanacaq.

Oxşar xəbərlər

"Neftçi" oyuna hazırdı! Hazırdı? -
“Neftçi” bir itki ilə hazırlaşır - FOTO
“Qəbələ” Bakıda hazırlığını davam etdirir
Ələsgərov məşq etdi, Ruslan izlədi
"Neftçi" 2 itki ilə məşq etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər