

İdmançımızın evindən oğurluq edən şəxslərin məhkəməsi başlayır -70 minlik iddia
Bakıda tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sportfm.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə hakim Azad Məcədovun icraatına verilib.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 6-na təyin edilib.
Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.
Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.
Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin sevgilisidir.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. (report)
Oxşar xəbərlər
Ceyhun Sultanovu qarət edənlərə iş kəsiləcək - Məhkəmə başlayır
Mahirin evini soyan oğrular saxlanıldı - Araşdırma davam edir
Bakıda futbol məşqçisi həbs edildi! - Uşaqlara qarşı seksual zorakılıq etdiyinə görə - ŞOK
Azərbaycanlı idmançının 67 min manatını oğurlayan tapıldı - rəfiqəsinin bacısının sevgilisidir
Fəridə Əzizovanın evindən oğurluq edən şəxs yenə məhkəmə önünə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuz klubunda addəyişmə işlərinə başlandı, açılış olacaq - EKSKLÜZİV, FOTO
-
"Şamaxı" "Sumqayıt"a, “Sabah” “Turan Tovuz”a qarşı - Misli Premyer Liqası
-
Karateçi nazirimiz - FOTOLAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bu dəfə ona Qırğızıstanın yolu göründü - FOTO
-
Berdıyev hakim idarəçiliyinə əsəbləşdi:"Oynamağa imkan vermirlər"