Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qəbələ” 3 xalla başladı - VİDEO
Topaz Premyer Liqasında 2016/17 mövsümünün ilk turuna yekun vurulub. Sportfm.az saytının məlumatına görə, turun qapanış matçı "Dalğa Arena”da baş tutub. Cari mövsüm avrokuboklarda ölkəmizi təmsil edən "Qəbələ” və "Kəpəz” paytaxtda üz-üzə gəliblər. "Qəbələ" oyuna fəal başlasa da, ilk hissədə bu üstünlüyü qola çevirmək mümkün olmayıb. Bir neçə epizodda oyunçuların qeyri-dəqiqliyi, bir-iki vəziyyətdə isə Tadas Simaitis nominal qonaqları qoldan xilas edib. Oyunun taleyinə isə ikinci hissədə aydınlıq gəlib. 59-cu dəqiqədə "Qəbələ"nin gənc oyunçusu Tellur Mütəllimov, ondan 20 dəqiqə sonra isə Baqali Dabo fərqlənərək komandalarının çempionata uğurlu start verməsinə nail olublar.
Topaz Premyer Liqası
I tur
8 avqust (bazar ertəsi)
"Qəbələ” – "Kəpəz” - 1:0
Qollar: Tellur Mütəllimov, 59, Dabo, 79
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim inspektor: Xaqani Məmmədov
"Dalğa Arena”
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 27. Teo Uiks, 34. Urfan Abbasov, 44. Rafael Santos
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 7. Nika Kvekveskiri, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 13. Murad Musayev, 32. Rəşad Eyubov, 88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk
"Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 26. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 77. Serjio Kosta, 10. Dario Federiko, 17. Nicat Qurbanov, 19. Orxan Əliyev, 90. Julien Ebah
Ehtiyat oyunçular: 30.Davud Kərimi, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 7. Vüqar Bəybalayev, 14. Fərid Məmmədov, 9. Tural Qürbətov, 21. Novruz Məmmədov
Baş məşqçi: Şahin Diniyev
Oxşar xəbərlər
"Qarabağ" çempionluğa bir az da yaxınlaşdı
"Qəbələ" sensasiyaya imkan vermədi
Gəncədə bərabərlik - YENİLƏNİB
"Qarabağ" - "Kəpəz" 1:0 -
“Qəbələ” - "İnter" matçında "sülh" - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası