Fərid Mansurov AFFA-nın İcraiyyə Komitəsinin üzvü oldu
Rövnəq Abdullayevin yenidən AFFA prezidenti seçilməsinin ardından İcraiyyə Komitəsinin üvzləri də müəyyənləşib.
Sportfm.az xəbər verir ki, qeydə alınan namizədlərin hamısı AFFA İcariyyə Komitəsinə seçiliblər. 2 yeni ad olsa da, hamısı köhnə simalardır.
İcraiyyə Komitəsinin yeni üzvləri belə olub:
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer: İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən, Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən, Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən;
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer: Zaur Axundov – “Keşlə” FK tərəfindən, Rauf Əliyev – “Səbail” FK tərəfindən, Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən, Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən, Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən;
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer: Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən, Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən;
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer: Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən, Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən.
AFFA prezidenti də İcraiyyə Komitəsinin üzvüdür.
Oxşar xəbərlər
Yeni İcraiyyə Komitəsinin tərkibi açıqlandı
AFFA yeni milli komanda yaratdı - RƏSMİ
Bu gün AFFA rəhbərliyində seçki keçiriləcək
Fərid Mansurov AFFA-nın İcraiyyə Komitəsinə namizəd oldu
Zaur Axundovun namizədliyi irəli sürüldü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin