reklam
Güləşçilərimiz beynəlxalq turnirdə 5 medal qazandı -
Sportfm.az xəbər saytı

Güləşçilərimiz beynəlxalq turnirdə 5 medal qazandı -FOTO


İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib.

Sportfm.az xəbər verir ki, yığmamızın üzvləri turniri 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.

Turnirdə keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Taleh Məmmədov (63 kq) qızıl medal qazanıb. Yalnız final görüşündə uduzan İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənməli olub. Bürünc medalları isə yığmamızın aktivinə Sakit Quliyev (60 kq), Kamran Məmmədov (67 kq) və Elvin Mürsəliyev (82 kq) yazdırıblar.

Yığma komandamız bu nəticə ilə Türkiyə və Belarusdan sonra üçüncü yerdə qərarlaşıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib.

Oxşar xəbərlər

Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşır
Güləşçilərimiz reytinq xarakterli beynəlxalq turnirlərə hazırlaşır
Gənc güləşçimiz Rusiyada bürünc medala sahib oldu - FOTO
Hərbçilərin Dünya çempionatından 11 medal
Təxti Kubokudan 1 qızıl və 1 bürünc medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər