""Neftçi"nin bazasının qarşısında aclıq elan edəcəm" -Xəyyam Nəzərli işdən qovulmasına səbəb görmür
Kamran Quliyevin "Neftçi"yə prezident təyin edilməsindən sonra bir çox şəxs işdən qovulub. Hazırda bu proses davam edir.
Sportfm.az saytının əldə etdiyi məlumata görə, komandanın aşağı yaş qruplarında məşqçi kimi çalışan Kənan Mahmudov və inzibatçı Xəyyam Nəzərli işdən çıxarılıb. Məsələ ilə bağlı müsahibə almaq üçün evini ziyarət etdiyimiz Xəyyam Nəzərlinin durumu həqiqətən acınacaqlıdır. 6 ildir ki, "Neftçi"də can qoyduğunu, ancaq sonda səbəbsiz yerə qovulduğunu deyən 41 yaşlı həmsöhbətimiz bu gedişlə aclıq elan edəcəyini söyləyir:"Mənim himayəmdə özümlə bərabər 6 nəfər var. 2 övladımdan biri skolioz xəstəsidir. Uşaqlıqdan iflic olan baldızıma da mən baxıram. Ailədə tək işləmək qabiliyyəti olan mənəm. İşdən çıxarılmağımın səbəbini öyrənmək üçün bazaya getdim. Məni içəri buraxmadılar. Axırda həyat yoldaşımı ora göndərməli oldum. 5 saat gözlədikdən sonra Kamran Quliyevin qəbuluna düşüb. Vitse-prezident Elnur Eyvazov da orda olub. Təbii ki, heç bir səbəb izah edə bilməyiblər. Həyat yoldaşımın yanında 2 mühafizəçi oturub. Bu dəhşətdir. Biz bəyəm terroristik, yoxsa düşmən?! Belə getsə, bazanın qarşısında aclıq elan edəcəm. Biz ailəliklə "Neftçi"liyik. Azyaşlı oğlum da "Neftçi"də oynayır. İndi onu İsmət Qayıbova məşqə aparanda mənə deyirlər "çıx bayıra". Halbuki digər valideynlər məşqi rahatca izləyir. Mənim qovulmağımda Mehman Ələmovun("Neftçi"nin futbol akademiyasında inzibati işlər üzrə menecer - red.)"böyük əməyi" var. Onu komandaya Elnur Məmmədov gətirib".
Qeyd edək ki, klubdan qovulan 14 yaşlıların baş məşqçisi Kənan Mahmudovun yerinə İlyas Qurbanov gətirilib.


Oxşar xəbərlər
"Neftçi"də daha bir ayrılıq - ÖZƏL
Mirbağır İsayev "Neftçi"də - ÖZƏL
"Neftçi"də Tərlan Əhmədovun daha bir "kadrı" "vuruldu" - ÖZƏL
Kamran Quliyev "təmizləmə" işlərinə davam edir - İki məşqçi "Neftçi"dən qovuldu - ÖZƏL
"Səbail"də yeni təyinat - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası