reklam
Bakı Olimpiya Stadionuna avtobus xətti açılacaq
Sportfm.az xəbər saytı

Bakı Olimpiya Stadionuna avtobus xətti açılacaq


Bakı Olimpiya Stadionuna yeni avtobus xətti açılacaq. Sportfm.az xəbər verir ki, avtobuslar metronun Koroğlu stansiyasından stadiona doğru hərəkət edəcək. Bu barədə stadionun direktoru Cavid Qarayev məlumat verib. Qarayev bildirib ki, bundan sonra azarkeşlər metronun "Koroğlu" stansiyasından stadiona rahat şəkildə gələ biləcəklər: "Stadionun üç nöqtəsində dayanacaq qoyulacaq. Lazımi qurumlarla danışıqlar aparılıb. Stadiona gələn azarkeşlər 15 nömrəli avtobuslardan istifadə edə biləcəklər. Stadionumuzda keçiriləcək tədbirlərdən asılı olaraq avtobusların iş qrafiki artırıla bilər. Xəttin bu həftə ərzində istifadəyə verilməsi gözlənilir".
 
Qeyd edək ki, Olimpiya stadionuna getmək istəyənlər "Koroğlu" metrosundan çıxdıqdan sonra piyada hərəkət edirlər.

Oxşar xəbərlər

Azarkeşlər üçün ekspress marşrut xətləri təşkil edəcək - BNA BNA
DİN Avro-2020 ilə bağlı məlumat yaydı
"Qarabağ" azarkeşlərə pulsuz avtobus ayırdı - Yenə
Azarkeşlər "Dalğa Arena"ya ödənişsiz gedəcəklər
"Azarkeşlər polis əməkdaşları tərəfindən yalnış yönləndirilib" - Açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər