reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"dan bilet satışı ilə bağlı açıqlama -RƏSMİ


"Artıq iki gündür bilet satışı başlayıb. Əvvəlki mövsümlərdən fərqli olaraq, şəhərin müxtəlif məntəqələrində azarkeşlərimiz biletləri əldə edə bilərlər. Qiymətlərdə də fərq yoxdur. Nömrəli sektorlar 1 -10 manat arasında dəyişir".
Sportfm.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında klub rəsmilərindən biri deyib. Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Olimpiya" ilə Bakıda keçiriləcək cavab oyunu üçün biletləri iyulun 11-dən etibarən satışa çıxarıb. Satış məntəqələri ilə bağlı məlumat verən klub rəsmisi bütün azarkeşləri "Qarabağ"a dəstək olmağa çağırıb:
"Hətta azarkeşlərimiz onlayn şəkildə də biletləri əldə edə bilərlər. Tofiq Bəhramov adına Respublika stadionundan, Park Bulvarda yerləşən fan-şopumuzdan və “iticket”-ə məxsus bütün kassalardan, eləcə də ASAN Xidmət məntəqələrindən də biletləri əldə etmək olar. Təbii ki, ilk oyundakı 1:0 hesablı qələbə yaxşı nəticə hesab edilsə də, amma bu turu keçmək mənasına gəlmir. Ona görə də, iyulun 18-i 21:00-da baş tutacaq qarşılaşmada azarkeşlərimizin dəstəyi mütləqdir.  Hazırda isə təxminən 5 minə yaxın bilet satılıb. Bilet satışında olan rahatlığı nəzərə alaraq, oyun günü stadionda anşlaq yaşanacağını gözləyirik".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiya" oyunu saat 21:00-da başlayacaq. Lyüblyanadakı ilk görüş təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Oxşar xəbərlər

Bilet satışında rekord - ilk gündə 42500
"Qarabağ" - "Sürix" matçı üçün biletlərin qiyməti
"Qarabağ" - "Lex" oyununun biletləri satışda - Çempionlar Liqası
Qarabağ - Linfield matçına neçə bilet satıldı?
"Qarabağ" - APOEL matçına 10 minə yaxın bilet satıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər