Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionunun oyunu yayımlanmaya bilər -Səbəb nədir?
"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 11-də "Olimpiya" ilə səfər oyunu canlı yayımlanmaya bilər.
Sportfm.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.az-a verdiyi məlumata görə, buna səbəb matçın başlama saatının həmin gün keçiriləcək DÇ-2018-in yarımfinal mərhələsinin İngiltərə - Xorvatiya görüşü ilə üst-üstə düşməsidir. Dünya çempionatının oyununa marağın daha böyük olacağını nəzərə alan Sloveniya telekanalları "Olimpiya" - "Qarabağ" qarşılaşmasını canlı yayımlamaq istəmirlər.
Qeyd edək ki, "Olimpiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oxşar xəbərlər
"Qarabağ"ın "Olimpiya" ilə oyunlarını bu kanalda - CANLI
"Qarabağ"ın səfər planı bilindi - Konfrans Liqası
"Qarabağ" testindən keçdi - "Şerif" ilə matç üçün
"Qarabağ" - "Olimpiya" oyunu canlı yayımda
"Qarabağ"ın oyunu canlı yayımda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası