reklam
“Neftçi” hazırlığı ara vermədən davam etdirir
Sportfm.az xəbər saytı

“Neftçi” hazırlığı ara vermədən davam etdirir


Dünən axşam saatlarında Türkiyədən təlim-məşq toplanışından qayıdan "Neftçi" hazırlığa ara vermədən davam edir.

Sportfm.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də, saat 21:00-da "Dalğa Arena"da Macarıstanın "Uypeşt" klubu qarşılaşacaq komanda bu gün səhər saatlarında İsmət Qayıbov adına təlim-məşq bazasında məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi yüngül xarakterli çalışmalardan sonra baş məşqçi Roberto Bordin yetirmələrini istirahətə buraxıb. Hazırlıq sabah iki məşqlə davam edəcək.

Xatırladaq ki, "Neftçi" iyunun 17-də Bakıda bir araya gələrək iki mərhələli təlim-məşq toplanışına start vermişdi. İyunun 22-də Türkiyəyə yollanan komanda iyulun 6-dək qardaş ölkədə 4 yoxlama oyununda gücünü sınayıb.

Oxşar xəbərlər

"Sabah" Türkiyə toplanışına start verdi
"Neftçi"fanatları üçün "Rahat" və "Bravo" marketləri
Makedoniyalılardan sonra rumınlar
Mirzəbəyova imkan verməyən Dabo - VİDEO
"Neftçi" İsmət Qayıbov adına stadionda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər