reklam
Sportfm.az xəbər saytı

"Sabah" Türkiyə toplanışına start verdi


Mövsümlərarası hazırlıq dövrünün 3-cü hissəsini Türkiyədə keçirəcək “Sabah” Futbol Klubu dünən qardaş ölkəyə yola düşüb. 

Sportfm.az xəbər verir ki, günorta saatlarında təlim-məşq toplanışının baş tutacağı Bolu şəhərinə çatan komanda, “Vonresort Abant” otelində məskunlaşıb. “Sabah” axşam saatlarında ilk məşqinə çıxıb. 

Xatırladaq ki, Türkiyə toplanışı iyulun 29-dək davam edəcək. Hazırlıq müddətində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komandamız iyulun 18-də Türkiyə birinci liqa təmsilçisi “Giresunspor”, iyulun 28-də isə qardaş ölkənin Super Liqa klubu “Alanyaspor”la qarşılaşacaq. Digər 2 rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Oxşar xəbərlər

“Sabah”ın qış hazırlıq planı - 3 yoxlama oyunu keçirəcək
"Sabah"ın Türkiyədə daha iki rəqibi bəlli oldu
"Sabah" Super Liqa klubu ilə qarşılaşacaq
"Zirə" Türkiyə klubu ilə qarşılaşacaq
“Neftçi” hazırlığı ara vermədən davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər