reklam
Makedoniyalılardan sonra rumınlar
Sportfm.az xəbər saytı

Makedoniyalılardan sonra rumınlar


Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” hazırlığa ara vermədən davam edir. 

Sportfm.az xəbər verir ki, dünən ilk yoldaşlıq görüşündə Makedoniyanın "Şkupi” kollektivini 2:0 hesabı ilə məğlub edən komanda bu gün istirahət etmədən iki məşqə çıxıb. 

Səhər məşqində yüngül qaçış və isinmə hərəkətlərindən sonra yoxlama oyununda əsas heyətdə meydana çıxan futbolçular fiziki hazırlıq üzrə məşqçi Andrea Mezzunun rəhbərliyi altında komandadan ayrı hazırlıqları davam etdirib. Digər qrup isə taktiki çalışmalardan ibarət ikitərəfli oyunla məşqi tamamlayıb. 

Roberto Bordinin yetirmələri axşam məşqində isə fiziki ağırlıqlı tapşırıqları yerinə yetirdikdən sonra 3 qrupa bölünərək taktiki-texniki təmrinlərlə toplanışın 3-cü gününü tamamlayıb. Məşqlərdə toplanışda iştirak edən bütün futbolçular iştirak edib. 

Qeyd edək ki, iyulun 6-na qədər qardaş ölkədə hazırlıqları davam etdirəcək "Neftçi”, sabah da iki məşqə çıxacaq. Komanda iyunun 28-də növbəti yoxlama görüşü keçirəcək. Rəqib isə Rumıniyanın "Dunarea Kalarası” klubu olacaq.

Oxşar xəbərlər

Roberto Bordin nəyə işarə edir? - VİDEO
“Neftçi” hazırlığı ara vermədən davam etdirir
"Neftçi" Topuqda ayaqlarını qızışdırır - FOTO
“Neftçi” Türkiyə toplanışına start verdi
Mirzəbəyova imkan verməyən Dabo - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər