"Buna görə də yeni bir şey sınamaq və fərqli macəra istədim"
İbrahim Şehiç və Anton Kanibolotski ilə yolları ayıran "Qarabağ" yeni qapıçı transfer edib.
Sportfm.az xəbər verir ki, Ağdam klubu "Randers" klubundan islandiya millisinin qapıçısı Hannes Haldroussonu rəsmən transfer edib. Bu barədə Danimarka klubunun rəsmi saytı məlumat yayıb. Transferin detalları barədə məlumat verilməyib.
Hannes Haldrousson İslandiya millisinin heyətində dünya çempionatında Argentina ilə matçda Lionel Messinin penaltisini dəf etməklə adından söz etdirmişdi. 34 yaşlı qapıçı həmin görüşün ən yaxşısı seçilmişdi.
Hannes Haldrousson transferi ilə bağlı açıqlamasında klubla vidalaşıb: "Randers"də iki gözəl mövsüm keçirdim və komandada xoşbəxt oldum. Randers sevimli şəhərimdir və buranı tərk etmək asan qərar deyil. Ancaq 34 yaşım var. Buna görə də yeni bir şey sınamaq və fərqli macəra istədim. Azarkeşlərə və iki ildə mənə dəstək olan hər kəsə, kluba təşəkkür edirəm".
Oxşar xəbərlər
Halldorsson məşqçi işləyəcək - yeni klubu açıqladı
Halldorssonun yeni klubu müəyyənləşdi
Halldorssonun əvəzinə yeni qapıçı
Klub rəsmisi: "Konkret təklif "Qarabağ"dan gəldi"
Messinin penaltisini qaytardı, "Qarabağ"a transfer oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası