Mundialda qadınlar təhdid edilir -parlament dəstək verir
Dünya Çempionatını izləməyə gələn xarici vətəndaşlarla foto çəkdirən rusiyalı qadınlar ölümlə təhdid edilir.
Sportfm.az xəbər verir ki, ölkənin radikal sağçı qrupları xarici kişilərlə foto çəkdirən qadınları ölümlə hədələyir.
Təhdidlərin təməli isə pis zarafatdan başlayıb. Bir qrup braziliyalı azarkeş rus qadınlardan portuqal dilində açıq-saçıq sözlər söyləmələrini istəyib. Portuqalca bilmədikləri üçün nə dediklərini anlamayan rusiyalı qadınlar da onların pusqusuna düşüb.
Bunu həzm edə bilməyən radikal sağçılar qadınları fiziki şiddət və ölümlə hədələyib. Qadınlara şəxsi instaqram və Vkontakt hesablarından yazan təhdidçilər daha sonra bu mesajları sosial platformada paylaşır.
Rusiyalı kişilər bu hərəkəti özlərinə qarşı təhqir hesab edir.
Rusiya Parlamentindən də kişilərə dəstək gəlib. Millət vəkili Tamara Pletneva ölkəsindəki qadınlara xəbərdarlıq edib. O bildirib ki, rus qadınlar rus kişilərdən hamilə qalmalıdır.
Oxşar xəbərlər
Salah müsəlmanlara səsləndi: "Qadınlara qarşı davranışlarımızı dəyişdirməliyik"
Milli komandanın futbolçusu ölümlə təhdid edildi
İran millisinin üzvləri rus qadınlarını arxada qoydu
Rusiyalı nazir qadınlara səsləndi: "Onlarla yatmayın..."
Qadınları təhqir etdilər, giriş pulsuz oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası