Bakı klubu cütün qalibi ilə qarşılaşacaq
Qadın voleybolçulardan ibarət komandalar arasında “Çelenc Cup” turnirinin püşkü atılıb.
Sportfm.az xəbər verir ki, avrokubokdakı yeganə təmsilçimiz “Azərreyl”in də rəqibi müəyyənləşib. Püşkə əsasən, Azərbaycan çempionu ilk qarşılaşmasında “Kayroş” (Portuqaliya) – “Hermes” (Belçika) cütünün qalibi ilə üz-üzə gələcək. Mübarizəyə 1/16 final mərhələsindən başlayacaq Bakı təmsilçisi birinci matçını səfərdə, cavab oyununu paytaxtda keçirəcək. Matçlar noyabrın 27-29-da və dekabrın 4-6-da olacaq.
Cütün qalibi 1/8 final mərhələsində “Aydın BBSK” (Türkiyə) – “Famalikao” (Portuqaliya)/“Haris La Laquna” (İspaniya) oyunun güclüsü ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Çelenc Cup”ın qalibi 2019-cu il martın 27-də müəyyənləşəcək.
Oxşar xəbərlər
Azərbaycan klubları səfərə çıxmayacaq - Avrokubok oyunları üçün
Pley-off mərhələsinin cütləri - Çempionlar Liqası
"Azərreyl"in rəqibi müəyyənləşdi - Çağırış Kuboku
Avrokubokdakı yeganə təmsilçimizin rəqibi müəyyənləşdi
EKOL "Gilan"a rəqib oldu - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin