Nazirdən türk futbolçuya dəstək -FOTO
Rusiyada keçirilən Dünya Çempionatının F qrupunda mübarizə aparan İsveç Almaniya ilə oynadığı maçtın şokundan hələ də ayıla bilməyib. İsveç millisi son dəqiqədə türk əsilli futbolçu Yimmi Durmazın səhvi ilə Almaniyaya məğlub olmuşdu. Bu səhvdən sonra futbolçu azarkeşlərin ölüm təhdidi ilə üz-üzə qalmışdı.
Sportfm.az xəbər verir ki, millinin sahib çıxdığı və səhvinə görə ittiham etmədiyi futbolçuya bir dəstək də İsveçin idman nazirindən gəlib.
Nazir Annika Strandhall Meksika ilə qarşılaşmadan öncə toplnatıya Yimmi Durmazın İsveç millisində geyindiyi 21 nömrəli forma ilə gedib və fotosunu “Günün geyimi” başlığı ilə tvitter hesabından paylaşıb. Nazirin bu hərəkəti azarkeşlər tərəfindən rəğbətlə qarşılanıb.
Məclisdə də İsveç milli forması ilə çıxış edən xanım nazir çıxışının sonunda bu sözləri deyib:
“Mən bir isveçliyəm və bayrağımı qürurla üzərimdə daşıyıram. Dünya Çempionatına qatılaraq bizə böyük sevinc yaşadan insanlara təşəkkür edirəm. Biz İsveç olaraq bir bütünük. İrqçilik iyərncdir!”
Qeyd edək ki, İsveç növbəti sınağına Meksika ilə çıxacaq. Matçı qazanarsa, qrupdan çıxacaq. Bərabərlik olarsa, Almaniya-Cənubi Koreya matçının sonunu gözləyəcək. Maçtı uduzacağı təqdirdə, İsveç üçün 1/8 final möcüzənin ümidinə qalacaq.
Oxşar xəbərlər
"İsveç dünya çempionu ola bilər"
DÇ-2018: İsveç 1/4 finalda
DÇ-2018: İsveçdən sensasion qələbə
DÇ-2018: İsveç - VAR-ın hesabına 3 xal var
Onlar Rusiyada bu forma ilə çıxış edəcək - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası