"Onların haqqında ancaq müsbət rəy bildirə bilərik" - Səlahət Ağayev
Sportfm.az xəbər verir ki, “Neftçi”nin qapıçısı Səlahət Ağayev klubun saytına komandanın indiki durumundan, Avropa Liqasının püşkündən və yeni transferlərdən danışıb.
Komandanın hazırlıq prosesi haqqında nə deyə bilərsiz?
- Fiziki hazırlığı Bakıda keçdik, sırf Avropa Liqasının oyunlarına hazırlaşmaq üçün isə Türkiyəyə gəldik. Komandanın çox istəkli olduğunu görünür. Bu, Bakıda da müşahidə olunurdu. Bu gün artıq yoxlama oyunumuz var, hazırlığımızın ilk nəticəlirini bu oyunda görəcəyik.
Yeni transferlər necə təsir bağışlayır?
- Komandaya yeni qoşulan futbolçulardan Darionu, Dabonu tanıyırıq. Onların haqqında ancaq müsbət rəy bildirə bilərik. Xorvatiyalı müdafiəçi Slavko Braliç də pis təsir bağışlamır, bizə xeyir verə biləcək bir oyunçudu. Tural Axundov və Rəşad Eyyubov da bizə kömək edə biləcək futbolçulardı.
Keçən mövsüm demək olar ki, əsas qapıçımız yox idi. Rəşad Əziziliylə rəqabətiniz var idi. Bu rəqabəti indi də hiss edirsiz?
- Əlbəttə ki, mən də bu rəqabəti hiss edirəm. Rəqabət bütün mövqelərdə olmalıdı. Bu bütün komandanın xeyrinədi.
“Neftçi” Avropa Liqasında Macarıstanın "Uypeşt” komandası ilə görüşəcək. Bu həddi keçsəz, İspaniya "Sevilya”sı ilə qarşı-qarşıya gələcəksiz…
- Biz indi ancaq "Uypeşt” haqqında fikirləşirik. Avropa Liqasına çıxan komanda zəif ola bilməz. Hesab edirəm ki, püşkün nəticəsi bizim üçün digər klublarımızınkından daha ağır oldu, amma əlimizdən gələni edəcəyik ki, oyunumuzu göstərək və azarkeşlərimizi sevindirək.
Gələn mövsümdə komanda və azarkeşlər nəyə ümid edə bilər?
- Komanda rəhbərliyi bizim üçün gözəl şərait yaradıb. Məşqçilərimiz hazırlıq prosesində lazımı tapşırıqlarını verirlər. Zəif cəhətlərimizin aradan qaldırılmasına çalışırlar. Boşluqlar lazımı transferlərlə gücləndirilir. Biz də dayanmadan məşqləri davam etdiririk. Yeni mövsümə yaxşı hazırlaşırıq. Əgər hər şey belə davam etsə, son mövsümdən daha yaxşı nəticələrə ümid edə bilərik. Azarkeşlərimiz də sona qədər bizimlə olsunlar. Qələbələrimizi birlikdə qeyd edək.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |