Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Zirə”dən uğurlu start
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici komandalarının yarışında 2016/2017-ci illər mövsümünə start verildi. Sportfm.az xəbər verir ki, "Zirə” 1-ci turda "Sumqayıt”ı qəbul etdi. Baş məşqçi kimi komandanı ilk rəsmi oyuna çıxaran Ayxan Abbasov qələbə ilə başladı.
Oyunun əvvəllərindən üstünlüyü ələ alan "gənc qartallar” erkən qollarla azarkeşləri sevindirdilər. Artıq 9-cu dəqiqədə Muxtar Əliyev hesabı açdı. Cəmi 3 dəqiqə sonra isə Muxtar dublunu rəsmiləşdirdi. İlk yarı komandamızın 2-0 hesablı üstünlüyü ilə başa çatdı.
Fasilədən sonra da "Zirə”nin fərqlənmək üçün şansları oldu. Amma hesab sona qədər dəyişmədi. Komandamız ilk turda "Sumqayıt” üzərində 2-0 hesablı qələbə qazanmaqla, çempionata uğurlu nəticə ilə başladı.
Oxşar xəbərlər
"Zirə"nin tarixində bir ilk
“Qarabağ” və “Sabah”ın üstünlüyü - 2022/23 mövsümü
Ayxan Abbasovun ilk qələbəsi
“Yeniyetmə qartallar” ili qələbə ilə başa vurdu
"Kəpəz" darmadağın oldu, "Qarabağ" xal itirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası