Türkiyənin "Fənərbaxça" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisinə Filip Koku rəhbərlik edəcək. "Sarı-lacivərdlilər" 48 yaşlı mütəxəssislə 3 illik razılıq əldə edib. Hollandiyalı baş məşqçinin son iş yeri PSV olub.
Qeyd edək ki, Filip Koku 2013-cü ildən PSV-nin baş məşqçisi olub. O, 5 mövsüm ərzində 3 dəfə Hollandiya çempionluğunu qazanıb.