reklam
Azarkeşlər özlərini apara bilmədi, federasiyalar cərimələndi
Sportfm.az xəbər saytı

Azarkeşlər özlərini apara bilmədi, federasiyalar cərimələndi


FİFA Meksika və Serbiya futbol federasiyalarını hərəyə 10 min İsveçrə frankı (təqribən 10 min dollar) məbləğində cərimələyib.

Sportfm.az xəbər verir ki, buna hər iki ölkə yığmasının azarkeşlərinin Rusiyadakı dünya çempionatlarında yolverilməz davranışları səbəb olub. Meksikalı fanatlar Almaniya ilə görüşdə Bundestimin qapıçısı Manuel Noyer topu oyuna daxil etdiyi vaxt homofob xarakterli şüarlar səsləndiriblər. FİFA bunu diskriminasiya və təhqiramiz hərəkət kimi dəyərləndirib.

Serbiyalı tərəfdarlar isə Kosta-Rika ilə qarşılaşmada siyasi və təhqiramiz banner nümayiş etdiriblər.

Qeyd edək ki, hər iki görüş Meksika və Serbiyanın eyni hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Oxşar xəbərlər

FİFA -dan Serbiya, Ekvador və Meksikaya ağır cəza
FİFA AFFA-nı cərimələdi - 10 min manat
Serbiya Futbol İttifaqı Azərbaycan görə cərimələndi - 35 000 min
Milliyə ağır cəza - DÇ-2022
FİFA Serbiyanı böyük məbləğdə cərimələdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər