DÇ-2018: Portuqaliyadan minimal hesablı qələbə
Bu gün Rusiyada keçirilən dünya çempionatında daha 3 görüş keçiriləcək.
Sportfm.az xəbər verir ki, baş tutacaq oyunlardan sonra A və B qruplarında ikinci tura yekun vurulacaq.
B qrupunun ilk matçında Portuqaliya Mərakeşlə üz-üzə gəlib. Avropalılar meydandan qalib ayrılıb.
Qrupun digər matçında İran və İspaniya üz-üzə gələcək. Asiya təmsilçisi hazırda qrup lideri olsa da, görüşün aşkar favoriti İspaniya yığmasıdır.
A qrupunda isə Uruqvay millisi qrupun autsayderi hesab olunan, ilk turda Rusiyaya 0:5 hesabı ilə uduzan Səudiyyə Ərəbistanı yığmasını sınağa çəkəcək. Cənubi Amerika təmsilçisi qalib gələcəyi halda Rusiya millisi ilə birgə son turun nəticəsindən asılı olmayaraq 1/8 finala adlayacaq. Əgər oyun heç-heçə yekunlaşsa, bu halda Rusiya bu tur "pley-off"a vəsiqəni təmin edəcək.
DÇ-2018
II tur
20 iyun
B qrupu
16:00. Portuqaliya - Mərakeş - 1:0
Qol: Ronaldo, 4
Baş hakim: Mark Giger (ABŞ)
Moskva. “Lujniki stadionu”
Oxşar xəbərlər
"Napoli", "Brügge" və "Bavariya" üçün pley-off şansı - Çempionlar Liqası
DÇ-2018: Mundialda ilk 1/8 finalçı məlum oldu
Ronaldo ispanları sevinməyə qoymadı
DÇ-2018: İran avtoqola sevindi
Rusiyaya yollanacaq 13-cü komanda müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası