DÇ-2018:Mundialda ilk 1/8 finalçı məlum oldu
Bu gün dünya çempionatında ilk tura yekun vurulub.
Sportfm.az saytının xəbərinə görə, H qrupunda iki oyun keçirlib.
Qrupun ilk matçında Kolumbiya və Yaponiya milliləri üz-üzə gəlib. Cənubi Amerika təmsilçisi matçın favoriti hesab olunsa da, sonda qələbəni asiyalılar bayram ediblər.
Qrupun digər oyununda Polşa Seneqalla qarşılaşıb. Levandovski-Mane mübarizəsi adlandırılan görüşdə Avropa təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzub.
A qrupunda isə 2-ci tura start verilib. Meydan sahibləri Rusiya millisi Misirlə qarşılaşıb. Ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlibsə, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması Uruqvaya uduzub - 0:1.
19 iyun
DÇ-2018
A qrupu
2-ci tur
22:00. Rusiya - Misir - 3:1
Qollar: Fathi, 47-avtoqol (1:0), Çerışev, 59 (2:0), Dzyuba, 62 (3:0), Salah, 73 (3:1)
Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə).
Oxşar xəbərlər
DÇ-2018: Portuqaliyadan minimal hesablı qələbə
DÇ-2018: "Afrika aslanları" "ağ qartallar"ı ovladı
DÇ-2018: Sensasiya davam edir
Ronaldo ispanları sevinməyə qoymadı
DÇ-2018: İran avtoqola sevindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası