"Özümü cənazə mərasimində hiss edirəm"
Özümü dünya çempionatında deyil, cənazə mərasimində hiss edirəm. Artıq səhifəni dəyişməliyik. Bu söz-söhbətlər mənə də xoş deyil.
Sportfm.az saytı qol.az-a istinadən xəbər verir ki, bu sözləri İspaniya millisinin kapitanı Serxio Ramos "Mirror"a açıqlamasında deyib.
Təcrübəli müdafiəçi mundialın startına bir gün qalmış millidəki baş məşqçi dəyişikliyinə münasibət bildirib:
"Julen Lopeteqi bizim üçün önəmli məşqçi idi, amma əsas İspaniyadır, gerbimizdir. İndiki vaxtda Yerrodan yaxşı variant olmazdı".
İspaniya millisi mundialın ilk oyununda bu gün Portuqaliya ilə qarşılaşacaq.
Ramos "Real"da komanda yoldaşı olan Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu barədə danışıb
"Ronaldu ilə eyni komandada olmağı seçərəm, rəqib olmağı isə yox. O, həqiqətən də, güclü futbolçudur".
Oxşar xəbərlər
Avropanın yeni rekordçusu – Serxio Ramos!
"Öz bədənimi tanıyıram" - Ronaldu zədəsi haqda
Ronaldu oğlunun gələcəyi barədə danışdı
Ronaldu Avropanın ən yaxşı idmançısı seçildi
UEFA "Əsrin komandası"nı açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası