Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qəbələ” və “Qarabağ”ın rəqibi bəllidi!
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Sportfm.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 44 klub 22 cütlük təşkil edib. Püşkatmada Azərbaycan klubları "Qarabağ”la "Qəbələ”nin də rəqibləri də bəlli olub. Çempionlar Liqasında mübarizəni dayandırıb, çıxışını bu turnirdə davam etdirən "Qarabağ” İsveçin "Höteborq” klubu ilə qarşılaşacaq. Avropa Liqasında 3 mərhələ adlayan "Qəbələ” isə Sloveniyanın "Maribor” klubu görüşəcək.
Pley-offun avqustun 18-də baş tutacaq ilk oyunlarında "Qəbələ” və "Qarabağ” səfərdə oynayacaq. Cavab matçları avqustun 25-də baş tutacaq.
Avropa Liqası
Pley-off mərhələsi
"Astana” (Qazaxıstan) - BATE (Belarus)
"Midtyulland” (Danimarka) - "Osmanlıspor” (Türkiyə)
"Lokomotiv” (Xorvatiya) - "Genk” (Belçika)
"Dinamo” (Tbilisi, Gürcüstan) - PAOK (Yunanıstan)
"Beytar” (İsrail) - "Sent-Etyenn” (Fransa)
"Maribor” (Sloveniya) - "Qəbələ” (Azərbaycan)
"Astra” (Rumıniya) - "Vest Hem” (İngiltərə)
"Brondbü” (Danimarka) - "Panatinaikos” (Yunanıstan)
"Gent” (Fransa) - "Şkendiya” (Makedoniya)
"Sonderyuske” (Danimarka) - "Sparta” (Çexiya)
"Höteborq” (İsveç) - "Qarabağ” (Azərbaycan)
"Aruka” (Portuqaliya) - "Olimpiakos” (Yunanıstan)
"Trençin” (Slovakiya) - "Rapid” (Avstriya)
AEK (Kipr) - "Slovan” (Çexiya)
"Austriya” (Vyana, Avstriya) - "Rusenborq” (Norveç)
"Voyvodina” (Serbiya) - "Alkmaar” (Hollandiya)
"Slaviya” (Çexiya) - "Anderlext” (Belçika)
"Fənərbaxça” (Türkiyə) - "Qrassjoppers” (İsveçrə)
"Krasnodar” (Rusiya) - "Partizani” (Albaniya)
"İstanbul Başakşehir” (Türkiyə) - "Şaxtyor” (Ukrayna)
"Sassuolo” (İtaliya) - "Srvena Zvezda” (Serbiya)
"Makkabi” (Təl-Əviv, İsrail) - "Hayduk” (Xorvatiya)
Oxşar xəbərlər
Avropa Liqası: "Fənərbaxça" və "Şaxtyor"dan qələbə
Avropa Liqası: “Qarabağ”ı sevindirən sensasiyalar
Avropa Liqası: Gecənin bütün nəticələri
Avropa Liqası: III təsnifat mərhələsinin cütləri
Avropa Liqasında III təsnifat mərhələsinin cütlükləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" 4 top buraxdı - Çempionlar Liqası
-
Tovuzda keçiriləcək Çempionlar Liqası oyununun biletləri təqdim edilib
-
Azərbaycan millisi Çexiya ilə bərabərə qaldı - DÇ-2028
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Kriştiano Ronaldo millidəki karyerasını başa vurdu
-
"Seltik" "Beşiktaş"la üz-üzə - Avropa Liqası













Misli Premyer Liqası