
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Avropa Liqası: “Qarabağ”ı sevindirən sensasiyalar
Bu gün keçiriləcək Avropa Liqasında pley-off mərhələsinin püşkatmasında "Qarabağ” səpələnmiş, "Qəbələ” səpələnməmişlər səbətində olacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində uduzub, bu turnirə yollanan Ağdam klubu (13,475) raundun 22-ci, "Qəbələ” (5,225) isə 40-cı komandasıdı. Səpələnmişlər səbətində sonuncu olan "Qarabağ”ın bura daxil olmasında "Qəbələ”nin də əməyi olub. Belə ki, "Qarabağ”a 5 oyunda aşağı reytinqli komandanın qələbəsi lazım idi ki, zəiflər səbətindən qurtulsun.
Azərbaycan çempionundan daha yüksək reytinqə malik "Lill”, "Herta”, "Riyeka”, "Spartak” və "Rio Ave”nin mübarizəni dayandırması təmsilçimizin lehinə işləyib. "Lill” "Qəbələ”yə (1:1, 0:1), "Herta” "Brondbü”yə (1:0, 1:3), "Riyeka” "İstanbul Başakşehir”ə (0:0, 2:2), "Spartak” AEK-ə (1:1, 0:1), "Rio Ave” "Slaviya”ya (0:0, 1:1) yenilib.
Avropa Liqası
Pley-off mərhələsi
Səpələnmişlər
"Şaxtyor” (Ukrayna)
"Olimpiakos” (Yunanıstan)
"Anderlext” (Belçika)
"Alkmaar” (Hollandiya)
"Fənərbaxça” (Türkiyə)
"Sparta” (Çexiya)
PAOK (Yunanıstan)
"Genk” (Belçika)
BATE (Belarus)
"Sent-Etyenn” (Fransa)
"Gent” (Fransa)
"Krasnodar” (Rusiya)
"Rapid” (Avstriya)
"Slovan” (Çexiya)
"Maribor” (Sloveniya)
"Makkabi” (Təl-Əviv, İsrail)
"Austriya” (Vyana, Avstriya)
"Vest Hem” (İngiltərə)
"Panatinaikos” (Yunanıstan)
"Midtyulland” (Danimarka)
"Sassuolo” (İtaliya)
"Qarabağ” (Azərbaycan)
Səpələnməmişlər
"Rusenborq” (Norveç)
"Astana” (Qazaxıstan)
"Astra” (Rumıniya)
"Hayduk” (Xorvatiya)
"Aruka” (Portuqaliya)
"Qrasshoppers” (İsveçrə)
AEK (Kipr)
"Voyvodina” (Serbiya)
"İstanbul Başakşehir” (Türkiyə)
"Brondbü” (Danimarka)
"Srvena Zvezda” (Serbiya)
"Osmanlıspor” (Türkiyə)
"Slaviya” (Çexiya)
"Höteborq” (İsveç)
"Dinamo” (Tbilisi, Gürcüstan)
"Lokomotiv” (Xorvatiya)
"Trençin” (Slovakiya)
"Qəbələ” (Azərbaycan)
"Beytar” (İsrail)
"Sonderyuske” (Danimarka)
"Şkendiya” (Makedoniya)
"Partizani” (Albaniya)
Oxşar xəbərlər
Avropa Liqası: "Fənərbaxça" və "Şaxtyor"dan qələbə
“Qəbələ” və “Qarabağ”ın rəqibi bəllidi!
Avropa Liqası: Gecənin bütün nəticələri
Avropa Liqası: III təsnifat mərhələsinin cütləri
Avropa Liqasında III təsnifat mərhələsinin cütlükləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuz klubunda addəyişmə işlərinə başlandı, açılış olacaq - EKSKLÜZİV, FOTO
-
"Şamaxı" "Sumqayıt"a, “Sabah” “Turan Tovuz”a qarşı - Misli Premyer Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Karateçi nazirimiz - FOTOLAR
-
Kökçünün komandası kubokda qalib gəldi
-
Bu dəfə ona Qırğızıstanın yolu göründü - FOTO