Avropa Oyunlarına daha bir lisenziya qazandıq
Azərbaycanın qadın kayakçısı Marina-Lorena Manolika 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb.
Sportfm.az xəbər verir ki, 23 yaşlı idmançı bu nailiyyətə Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında imza atıb.
1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 40,579 saniyə nəticə göstərən Manolika 12-ci yeri tutaraq, lisenziya normasını yerinə yetirib.
Kişi kayakçıların yarışında isə Mirnazim Cavadov 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finişə 1 dəqiqə 41,922 saniyəyə çataraq, 14-cü yeri tutub. Oyunlara lisenziya verən 200 metr məsafəyə yürüşdə isə 26 yaşlı idmançı yarımfinal səddini adlaya bilməyib.
Qeyd edək ki, II Avropa Oyunları gələn il 20 - 30 iyunda keçiriləcək.(apasport.az)
Oxşar xəbərlər
Bayramov Slovakiyada qızıl medal qazandı - Uğur
İdmançılarımızdan Paralimpiya Oyunlarına ikinci lisenziya
Kayakçılarımız İtaliyada 12 medal qazandı - FOTO
BDU-da oxuyan Alsu Argentinaya gedir - Foto
Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniya Bakıda İspaniyaya qalib gəldi - Avropa çempionatı
-
“Turan Tovuz”un mat,;na 5 min bilet satıldı
-
"Trabzonspor"un rəqibləri bilindi - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“İmişli”də anqolalı futbolçu - Transfer
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa















Misli Premyer Liqası