reklam
İspaniya millisi ona etibar edildi -
Sportfm.az xəbər saytı

İspaniya millisi ona etibar edildi -FOTO


İspaniya yığmasının və "Real"ın sabiq futbolçusu Fernando Yerro İspaniyaya baş məşqçi təyin olunub. 
Sportfm.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bu vəzifədə Xulen Lopetegini əvəzləyib. Lopetegi "kral klubu"nun sükanı arxasına keçdikdən sonra İspaniya Kral Futbol Federasiyası onunla 2020-ci ilədək olan müqaviləni pozub.
Yerro isə əvvəllər federasiyanın idman direktoru vəzifəsində çalışıb. Bu gün o, milli komanda ilə ilk məşqinə çıxıb. 
Qeyd edək ki, İspaniya millisi Rusiyada keçiriləcək dünya çempionatında Portuqaliya (15 iyun), İran (20 iyun) və Mərakeşlə (25 iyun) eyni qrupda mübarizə aparacaq.

Oxşar xəbərlər

15 günlük məşqçi - Yerro
Ronaldo ispanları sevinməyə qoymadı
DÇ-2018: İran avtoqola sevindi
"Real" yeni baş məşqçisini təqdim etdi - FOTO
"İnanıram ki, buna gücümüz çatar"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər