reklam
Elnur Cəfərov “Tondela”dan kənarlaşdırıldı!
Sportfm.az xəbər saytı

Elnur Cəfərov “Tondela”dan kənarlaşdırıldı!


Elnur Cəfərovun "Tondela” macərası, deyəsən uzun çəkməyəcək. Apasport.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, gənc yarımmüdafiəçinin adı yeni mövsümün iştirak ərizəsinə salınmayıb. Buna səbəb kimi, "Tondela”nın heyətində yoxlama görüşlərində iştirak edən Cəfərovun baş məşqçi Petitin gözünə girməməsi göstərilib. Belə ki, klubun direktoru Viktor Ramos baş məşqçinin Elnurla yanaşı, Ruben Silvestr və Tomas Xorxenin xidmətindən 2016/17 mövsümündə yararlanmayacağını açıqlayıb. O, son iki oyunçunun artıq özünə klub axtardığını da söyləyib. Direktor Cəfərovla bağlı fikrində isə onun əsas komanda üçün yararsız olduğunu bildirib.
 
Ötən ay "Tondela” ilə 1 illik müqavilə imzalayan Elnur Cəfərovun klubdan uzaqlaşdırılıb-uzaqlaşdırılmamağı ilə bağlı heç bir məlumat verilməyib.

Oxşar xəbərlər

Azərbaycanlı futbolçu Xorvatiya klubunda
Millimizin futbolçusu qol hesabını açdı
Elnur Cəfərov “ofsayd”da
Elnur Cəfərov: "İlk oyun üçün pis alınmadı"
Millimizin futbolçusu Portuqaliya klubunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər