
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
20-dən çox dövlət başçısı Rusiyada toplaşır
Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasimində 20-dən çox dövlət başçısı iştirak edəcək.
Sportfm.az xəbər verir ki, bunu turnirin təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin deyib.
Dünya çempionatının açılış mərasimi iyunun 14-ü ilk matçdan yarım saat əvvəl Moskvanın "Lujniki" stadionunda başlayacaq. Turnirin ilk matçında isə Bakı vaxtı ilə saat 19:00-da ev sahibləri Rusiya ilə Səudiyyə Ərəbistanı qarşılaşacaq.
Qeyd edək ki, 2018-ci il futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mundialın açılış mərasimində iştirak etdi - FOTO
Mourinyo DÇ-2018-in açılış oyunu ilə bağlı proqnoz verdi
DÇ-2018: Açılış mərasimində iştirak edəcək müğənnilər müəyyənləşdi
Çinlilər Rusiyaya "axışır" - Mundiala görə
Bu mahnıya qulaq asmağa dəyər - çünki Dünya Çempionatının rəsmi himnidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin