reklam
Dünya çempionatının açılış matçının hakimləri müəyyənləşdi
Sportfm.az xəbər saytı

Dünya çempionatının açılış matçının hakimləri müəyyənləşdi


Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçiriləcək dünya çempionatının açılış oyununa hakim təyinatları açıqlanıb.

Sportfm.az xəbər verir ki, ilk qarşılaşma argentinalı referi Nestor Pitanaya tapşırılıb.

Pitanaya həmyerliləri Xuan Pablo Bellati və Ernan Maydana yan xətt hakimləri kimi yardımçı olacaqlar. Ehtiyat hakim isə braziliyalı Sandro Riççi təyin edilib.

Dünya çempionatında ilk dəfə hakimlərə videoyardım sistemi (VAR) çalışacaq. Videohakimlər briqadasına italiyalı Massimiliano İrrati, həmyerlisi Daniele Orsato, argentinalı Mauro Vilyano və Çilidən olan Karlos Astroza daxil edilib.

İyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Oxşar xəbərlər

Barbaş millimizin matçında - Təyinat
"Sevilya" - "Qarabağ" matçının hakimləri məlum oldu
Uels - Azərbaycan matçının hakimləri bəlli oldu
Bakıda keçiriləcək final matçının hakimləri açıqlandı
DÇ-2018: Rusiya 3 xalı 5 qolla qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər