reklam
Premyer Liqa klubundan rekord göstərici -
Sportfm.az xəbər saytı

Premyer Liqa klubundan rekord göstərici -125 milyon funt sterlinq


İngiltərənin "Liverpul" klubu 2017-2018 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.

Sportfm.az xəbər verir ki, "mersisaydlılar" rekord məbləğdə gəlir götürdüklərini bəyan ediblər.

Klub geridə qalan mövsümdə 455 milyon funt sterlinq gəlir əldə edib. Bu isə "Liverpul"un tarixi ərzində əldə etdiyi ən yüksək məbləğdir.

İngiltərə təmsilçisinin xalis mənfəəti isə, təxminən, 300% artaraq 125 milyon funt sterlinq olub.

Qeyd edək ki, "Liverpul" 2017-2018 mövsümündə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb və finalda İspaniya "Real Madrid"inə 1:3 hesabı ilə uduzub. İngiltərə təmsilçisi həmin mövsüm braziliyalı Filippe Koutinyonu İspaniya "Barselona"sına satıb.

Oxşar xəbərlər

"Mançester Yunayted"in son maliyyə ili üçün rekord gəliri
London klubu rekord mənfəət əldə etdi
Premyer Liqa klubu rekord məbləğdə müqavilə bağlaya bilər
Premyer Liqanı tərk edərək, 100 milyona yaxın gəlir əldə etdilər
İngiltərə Premyer Liqasında yeni rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər