reklam
Kamal
Sportfm.az xəbər saytı

Kamal "Sumqayıt"a lazım olmadı


"Sumqayıt" klubu daha bir futbolçusu ilə müqaviləsini təzələyib.

Sportfm.az xəbər verir ki, "Gənclər şəhəri" klubu müdafiəçisi Rail Məlikov ilə müqavilə müddətini bir il uzadıb.

32 yaşlı futbolçu 2016-cı ildən bəri “Sumqayıt”ın şərəfini qoruyur.

Bununla yanaşı, “Sumqayıt” qapıçısı Mehdi Cənnətovla da yeni müqaviləyə imza atacaq.

Yarımmüdafiəçi Kamal Mirzəyevlə başa çatan müqavilənin müddəti isə uzadılmayacaq.

Qeyd edək ki, “Sumqayıt” yay fasiləsində müdafiəçilər Vurğun Hüseynovla Bəxtiyar Həsənalızadənin, eləcə də yarımmüdafiəçi Cavid Tağıyevin müqaviləsinin müddətini uzadıb. Əvəzində hücumçu Amil Yunanov və Azər Salahlı klubu tərk edib, Fərhad Vəliyev isə karyerasını başa vurub.

Qeyd edək ki, "Sumqayıt" legioner oyunçu qəbul etməyən yeganə Azərbaycan komandasıdır.

Oxşar xəbərlər

Rail Məlikov "Sumqayıt"da qaldı
"Sumqayıt" daha bir futbolçusu ilə yollarını ayırdı
Vəliyev getdi, Cənnətov müqaviləni uzatdı, komanda yeni qapıçı axtarır
Bəxtiyar Həsənalızadə gedəsi olmadı?
"Sumqayıt”ın da iştirak ərizəsi açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər