reklam
Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılacaq
Sportfm.az xəbər saytı

Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılacaq


Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılacaq.

Sportfm.az xəbər verir ki, bununla bağlı “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Qanunun “Milli antidopinq qurumunun vəzifələri” adlı 7-ci maddəsinə dəyişiklik təklif edilib.

Nəzərdə tutulan dəyişikliyə görə, sənədə “İdmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunmuş dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək;” məzmunlu 7.0.12-1-ci maddə əlavə olunur.

Beləliklə, milli antidopinq qurumuna idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq üçün müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək səlahiyyəti verilir.

Oxşar xəbərlər

AMADA, DİN və DGK görüş keçirdi - Dopinqin qanunsuz dövriyyəsi ilə bağlı
AMADA dopinqin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirəcək
AMADA dopinqə qarşı mübarizəni sərtləşdirəcək
DSX və AMADA arasında əməkdaşlıq haqqında memorandum imzalandı
DİN və AMADA arasında əməkdaşlıq haqqında memorandum imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər