Bəxtiyar Həsənalızadə:Komandamdan konkret təklif gözləyirəm
Bəxtiyar Həsənalızadənin "Sumqayıt"la müqavilə müddəti başa çatıb.
Sportfm.az xəbər verir ki, 26 yaşlı müdafiəçi gələcək karyerası haqda danışıb. O, yekun qərar vermədiyini bildirib:
"Hələ qəti qərarımı verməmişəm. Komandadan vaxt istəmişəm. Mayın sonlarında və ya iyunun əvvəllərində bütün suallar cavabını tapacaq".
Həsənalızadə digər komandalardan təklif alacağı təqdirdə dəyərləndirəcəyini sözlərinə əlavə edib:
"Sumqayıt"da qalmağa qərar verməmişəm. Qala da bilərəm, gedə də. Hər şey gələn təkliflərdən asılı olacaq. Komandamdan konkret təklif gözləyirəm. Başqa klublardan təklif olsa, dəyərləndirməyə hazıram. Hələ gözləyirəm".
Qeyd edək ki, çempionatın ən etibarlı müdafiəçilərindən biri olan Bəxtiyar Həsənalızadə Premyer Liqada 27 oyun keçirib və iki qola imza atıb.(sportal.az)
Oxşar xəbərlər
30 yaşına kimi səbr edən azərbaycanlı futbolçu
"Karyeramı bitirmək istəmirəm" - Rail Məlikov
Gözlənilən keçid baş tutdu, Bəxtiyar "Zirə" ilə müqavilə bağladı - FOTO
Bəxtiyar Həsənalızadə "Sumqayıt"dan gedir - İki seçimi var
Bəxtiyar Həsənalızadə gedəsi olmadı?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası