"Keşlə" Yuri Maksimovla müqavilə müddətini uzadacaqmı?
“Keşlə” klubu əsas komandanın baş məşqçisi Yuri Maksimovla müqavilənin müddətini uzadacaq.
Sportfm.az xəbər verir ki, bu barədə “Report”a paytaxt təmsilçisinin baş direktoru Rəmiş Malıyev məlumat verib.
Klub rəsmisi bildirib ki, 50 yaşlı ukraynalı mütəxəssislə daha bir il əməkdaşlıq edilməsi ilə bağlı ilkin razılıq əldə olunub: “Maksimovun işini qənaətbəxş sayırıq. Baş məşqçimiz özü də Azərbaycandakı fəaliyyətindən razıdır. Onunla müqavilə müddətinin uzadılması ilə bağlı söhbətimiz olub və ilkin razılıq əldə edilib. Maksimovla bir illik sözləşmə imzalanacaq".
Malıyev “Keşlə”nin heyətində yer alan futbolçuların əksəriyyətinə də yeni müqavilə təklif edəcəklərini deyib. Klub rəsmisi oyunçularla artıq bununla bağlı söhbət etdiklərini və onların fikirlərini öyrəndiklərini vurğulayıb.
Qeyd edək ki, Yuri Maksimov ötən il dekabrın 25-də “Keşlə” ilə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkib. Onun rəhbərlik etdiyi kollektiv mayın 28-də Azərbaycan Kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaq. Paytaxt təmsilçisi Premyer Liqada 6-cı yeri tutub.
Oxşar xəbərlər
Yuri Maksimovun yeni iş yeri məlum oldu - "Dnepr-1"
Yuri Maksimov “Keşlə”dən getdi
Yuri Maksimov "Keşlə"dən getdi?
Yuri Maksimovun köməkçiləri müəyyənləşdi
Maksimovun təyinatı rəsmiləşdi - Məmmədov əvvəlki postuna qaytarıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası