Fransa fırıldaqla dünya çempionu olub!
UEFA-nın keçmiş prezidenti və Fransa millisinin əfsanəsi Mişel Platini şok açıqlama verib.
Sportfm.az xəbər verir ki, sabiq futbolçu DÇ-1998-də saxtakarlıq etdiklərini açıqlayıb. O püşkatmada fırldağa əl atdıqlarını etiraf edib. Platini finala qədər Fransanın turnirin favoritlərindən olan Braziliya ilə qarşılaşmaması üçün bu addımın atıldığını söyləyib.
Mundialda Fransa C, Braziliya isə A qrupunda mübarizə aparıb və qrupu lider tamamladıqları üçün finala qədər yolları kəsişməyib.
Finalda üz-üzə gələn komandaların duelində Fransa Zinəddin Zidanın dublu və Emanuel Petitin qolları ilə 3:0 hesabı ilə qalib gələrək dünya çempionu olmuşdu.
Qeyd edək ki, Platini rüşvətxorluğa görə futboldan uzaqlaşdırılıb.
Oxşar xəbərlər
Blatter və Platini bəraət aldı - Qərar
Mişel Platini yeni vəzifəyə təyinat aldı
Platini VAR sisteminə qarşı çıxdı
Mişel Platini azadlığa buraxıldı
Mişel Platini polis nəzarətində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası