reklam
PFL mükafatlandırma gününü açıqladı
Sportfm.az xəbər saytı

PFL mükafatlandırma gününü açıqladı


Topaz Premyer Liqasında və klubların əvəzedici heyətlərinin yarışında 2017/18 mövsümü finişə yaxınlaşır.

Sportfm.az xəbər verir ki, sonuncu, 28-ci turun oyunlarından sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimləri təşkil olunacaq.

19 may

Əvəzedici heyətlərin yarışında “Bayıl Arena”da keçiriləcək “Səbail” – “Keşlə” oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Bu vaxt əvəzedici heyətlərin qalibi və medalçıları mükafatlandırılacaq. Eyni zamanda, I Divizionda və əvəzedici heyətlərin yarışında bombardir olan futbolçuya xüsusi mükafat təqdim ediləcək.

21 may 

Topaz Premyer Liqasında, “Azersun Arena”da keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşündən sonra mükafatlandırma mərasimi baş tutacaq. Bu zaman Topaz Premyer Liqasının çempionu “Qarabağ” və digər medalçılar mükafatlandırılacaq. Eləcə də Topaz Premyer Liqasının bombardirinə xüsusi hədiyyə veriləcək.

 

Oxşar xəbərlər

PFL yenilik edəcək
"Səbail" çempionluq kubokuna qovuşdu - FOTO
"Qəbələ" ehtiyat meydançada çıxış edəcək
Azarkeşləri "Qarabağ"ı ziyana saldı
"Qarabağ" növbəti qızıl medallarını qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər