reklam
PFL yenilik edəcək
Sportfm.az xəbər saytı

PFL yenilik edəcək


Azərbaycan Premyer Liqasının və I Divizionun cari mövsümünün sonuncu turunda mükafatlandırma mərasimi keçiriləcək. 

Sportfm.az xəbər verir ki, yarışların qalib və mükafatçılarını təntənəli şəkildə mükafatlandıracaq. 

Azərbaycan Premyer Liqasında sonuncu turun “Neftçi” – “Qarabağ” görüşündən sonra, çempion “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş, “Səbail”ə isə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri mükafatlandırılacaq. Mükafatlandırma mərasimi “Bakcell Arena”da reallaşacaq.

I Divizionda isə analoji hal Lökbatan Olimpiya İdman Kompleksində olacaq. Yarışın qalibi olan MOİK-ə qızıl, “Sumqayıt-2” komandasına gümüş medallar təqdim olunacaq. 3-cü yerin sahibi isə son turun “Neftçi-2” – “Qaradağ Lökbatan”, “Keşlə-2” – “Zaqatala” görüşlərindən sonra məlum olacaq. 3-cü yerin sahibi olacaq tərəf medallarını almaq üçün Lökbatana təşrif buyuracaq. 

Eyni zamanda, həmin gün I Divizionun bombardirinə də xüsusi mükafat təqdim ediləcək. 

Oxşar xəbərlər

Mükafatlandırmanın vaxtı bilindi - Azərbaycan Premyer Liqası
“Kəpəz” - “Zaqatala” oyununun vaxtı açıqlandı - I Divizion
Üçüncü turun oyun cədvəli açıqlandı
I Divizionda yeni mövsümün püşkü atıldı
PFL mükafatlandırma gününü açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər